“Beşiktaş” mövsümü “Qızıl dubl”la başa vurdu

“Beşiktaş” mövsümü “Qızıl dubl”la başa vurdu
  19 May 2021    Oxunub:1432
Futbol üzrə Türkiyə kubokunun qalibi müəyyənləşib.
Azvision.az xəbər verir ki, həlledici oyunda "Beşiktaş" və "Antalyaspor" komandaları üz-üzə gəlib.

Görüş İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "qara qartallar" tarixində 10-cu dəfə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, "Beşiktaş" 2020/2021 mövsümündə Türkiyə Superliqasının da qalibidir. Beləliklə, komanda cari mövsümdə iki kubok qazanaraq "qızıl dubl"a imza atıb.

Azvision.az


Teqlər: Beşiktaş  





Xəbər lenti