Apreldə qeyri-OPEC ölkələrinin neft tədarükü çoxalıb

Apreldə qeyri-OPEC ölkələrinin neft tədarükü çoxalıb
  16 May 2021    Oxunub:1378
Aprel ayında qlobal neft təklifi martla müqayisədə orta hesabla 330 min barel artaraq gündəlik 93 milyon 370 min barel təşkil edib. Bu göstərici ötən ilin eyni ayındakı göstəricidən 6,7 milyon barel az, illik müqayisədə isə 1,4 milyon barel çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Hesabata görə, keçən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft istehsalı mart ayına nisbətən 370 min barel çoxalaraq sutkada 63 milyon 140 min barel olub.

Azvision.az


Teqlər: OPEC   Neft  





Xəbər lenti