Azərbaycan çempionu son turda bəlli olacaq - YENİLƏNİB

Azərbaycan çempionu son turda bəlli olacaq -  YENİLƏNİB
  15 May 2021    Oxunub:3789
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" öz meydanında "Sabah"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər oyunda lider "Qarabağ" "Keşlə"yə 2:0 hesabı ilə qalib gəlib. Eyni zamanda, "Neftçi" "Sumqayıt"ı 1:0, "Zirə" isə "Səbail"i 2:0 hesabla məğlub edib.

Hazırda turnir cədvəlində "Qarabağ" klubu 57 xalla 1-ci, "Neftçi" 56 xalla 2-ci pillədə qərarlaşıb. Beləliklə, çempionluğun taleyi son turda həll olunacaq. Mövsümün son turunda "Neftçi" klubu "Qarabağ"ı qəbul edəcək.

“Qarabağ” – “Keşlə” - 2:0
“Sumqayıt” – “Neftçi” - 0:1
“Zirə” – “Səbail” - 2:0
“Qəbələ” –“Sabah” - 2:2



Azvision.az


Teqlər: Qəbələ  





Xəbər lenti