Fırıldaqçı bank işçisi yaxalandı

Fırıldaqçı bank işçisi yaxalandı
  28 Mart 2013    Oxunub:1532
Bank əməkdaşı barəsində cinayət işi başlandı.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla “Access Bank” Qapalı Səhmdar Cəmiyyətinin “20 yanvar” filialında saxta sənədlər əsasında külli miqdarda özgə əmlakının mənimsənilməsi faktları aşkar edilib.

Belə ki, filialın kredit mütəxəssisi Kamal Fərəcov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyriləri ilə cinayət əlaqəsinə girməklə 2010-2012-ci illərdə ayrı-ayrı şəxslərin adlarına saxta sənədlər tərtib etməklə 141 min 867 manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyiblər.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.



Teqlər:





Xəbər lenti