“Azərbaycan” gəmi-bərəsi ilk dəfə Türkmənbaşı limanında

“Azərbaycan” gəmi-bərəsi ilk dəfə Türkmənbaşı limanında
  13 May 2021    Oxunub:2210
Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan “Azərbaycan” Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən (ASCO) Azvision.az -a bildirilib ki, türkmənistanlı qardaşlarımız ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar.

Öz növbəsində gəmi heyəti də bu isti qarşılanmaya görə türkmənistanlı qardaşlarımıza təşəkkür ediblər. Xatırladaq ki, gəminin ilk səfəri mayın 7-də Qazaxıstanın Kurık limanına olmuşdu.

Qeyd edək ki, “Azərbaycan” ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan Ro-Pax tipli ilk gəmi-bərədir. Müasir standartlara uyğun inşa olunan gəmi bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istismara verilib.


Azvision.az


Teqlər: Gəmi   Türkmənistan  





Xəbər lenti