Çempionlar Liqasının finalı İstanbulda olmayacaq - Rəsmi

   Çempionlar Liqasının finalı İstanbulda olmayacaq -    Rəsmi
  13 May 2021    Oxunub:2716
UEFA Çempionlar Liqasının final oyununu koronavirusa görə İstanbuldan alıb, Portuqaliyanın Portu şəhərinə verib.
Azvision.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, cari mövsüm Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları qarşılaşacaq.

Türkiyə hökuməti mayın 3-də 16 ölkədən, o cümlədən, Böyük Britaniyadan gələnlər üçün mənfi nəticəli PZR testləri təqdim etmələrinə dair tələbi ləğv edib. Bu qərar mayın 15-dən qüvvəyə minəcək.

Bununla yanaşı, Türkiyə koronavirus infeksiyası üzündən "qırmızı zona"ya düşüb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdır.


Azvision.az


Teqlər: UEFA  





Xəbər lenti