Ermənistanda virusa yoluxanların sayı 220 mini ötüb

 Ermənistanda virusa yoluxanların sayı 220 mini ötüb
  13 May 2021    Oxunub:2658
Ermənistanda son sutka ərzində daha 267 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 220 217 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 272-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 050 nəfərdir. Aktiv xəstələrin sayı 8550 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Ermənistan  





Xəbər lenti