Şuşada atəşfəşanlıq oldu - VİDEO+FOTO

  13 May 2021    Oxunub :2582
   Şuşada atəşfəşanlıq oldu  -  VİDEO+FOTO
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra mayın 12-də yenə doğmalarını, qonaqlarını qarşılayıb.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirak etdikləri, Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı çərçivəsində möhtəşəm atəşfəşanlıq olub.

Festival iştirakçıları Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər.

Həmçinin Şuşanın əzəmətli qala divarlarında Azərbaycanın üçrəngli bayrağı proyeksiya olunub. Festival iştirakçıları bu mənzərəni də qürurla izləyiblər.

***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalı çərçivəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb.

Paylaşımda deyilir:

“Arzular gerçəkləşir! Bütün Azərbaycan xalqını təbrik edirəm!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.







Azvision.az

Teqlər: Şuşa