Azərbaycan səfirliyi Latviya parlamentinin qərarını pislədi

  08 May 2021    Oxunub :1722
   Azərbaycan səfirliyi Latviya parlamentinin qərarını pislədi
Azərbaycanın Latviyadakı Səfirliyi bu ölkənin parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib.
Azvision.az xəbər verir ki, bu barədə Səfirlikdən bildirilib.

"Azərbaycan səfirliyi Birinci Dünya Müharibəsinin nəticələri ilə əlaqədar Latviya Seyminin qərəzli bəyanatını qəti şəkildə qınayır. Bu bəyanatda hadisələr qondarma "erməni soyqırımı" kimi göstərilir və eyni zamanda tarixi hadisələri siyasiləşdirmək üçün türklərin, azərbaycanlıların, kürdlərin, yəhudilərin və digər millətlərin faciələrinə göz yumulur", -deyə səfirliyin yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün Latviya Seymi (parlament) qondarma “erməni soyqırımı”nı tanıyıb.

Azvision.az

Teqlər: Səfirlik   Latviya