Ukraynada koronavirusun üçüncü dalğası bitdi

  07 May 2021    Oxunub :1499
 Ukraynada koronavirusun üçüncü dalğası bitdi
Ukrayna daha çox insanın həyatına son qoyan koronavirusun üçüncü dalğasından çıxıb, amma vətəndaşlar arxayınlaşmamalıdır.
Azvision.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Maksim Stepanov bildirib.

"Nəhayət, pandemiyanın üçüncü dalğasından çıxdığımızı deyə bilərəm. Çox çətin 2 ay oldu. Vəziyyəti necə nəzarət altında saxladığımız yalnız bizə və Tanrıya məlumdur. Hər həyat üçün mübarizə aparmışıq, müharibədə olduğu kimi. Bunun üçün həkimlərimizə böyük hörmət və minnətdarlığımızı bildiririk”, - deyə nazir “Facebook” hesabında yazıb.

O, çətinliyin öhdəsindən gəldiklərini söyləyib: "COVID-19-un növbəti dalğasını keçdik, ancaq virus hələ qalır. Buna görə də, indi arxayın olmaq yox, istirahət günləri epidemiya qaydalarına riayət etmək çox vacibdir".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ukrayna