Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatdı

  07 May 2021    Oxunub :1211
Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatdı
May ayında bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd olunub ki, təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə həyata keçirilib. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir.

Fond bundan sonra da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşlara pensiya və məcburi dövlət sosial sığorta üzrə ödəmələrin həm plastik bankomat kartları, həm də poçt bölmələri vasitəsilə hər ay vaxtında ödənilməsi üçün qarşıya qoyulan vəzifələri həyata keçirəcəkdir.

Azvision.az

Teqlər: Naxçıvan   Pensiya