AFFA rəsmisi Çempionlar Liqasının finalına təyinat aldı

AFFA rəsmisi Çempionlar Liqasının finalına təyinat aldı
  05 May 2021    Oxunub:2529
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.
Azvision.az AFFA-ya istinadla xəbər verir ki, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının final oyununun UEFA nümayəndəsi K.Mehdiyeva olacaq.

İsveçin Göteborq şəhərindəki “Qamla Ullevi” stadionunda keçiriləcək finalda “Çelsi” (İngiltərə) və “Barselona” (İspaniya) komandaları qarşılaşacaqlar.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti