Bakıda ödənişli xidmətlərin dəyəri azalıb

Bakıda ödənişli xidmətlərin dəyəri azalıb
  05 May 2021    Oxunub:2816
Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 mlrd 130,2 mln manat olub.
Bu barədə Azvision.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib. Məlumata görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 % azdır.

Belə ki, hüquqi şəxslər tərəfindən əhaliyə 840,7 mln manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,4 %-ini təşkil edib.

Azvision.az



Teqlər: Bakı  





Xəbər lenti