Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi

 Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi
  03 May 2021    Oxunub:5455
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində final mərhələsinin cavab oyunları keçirilir.
Azvision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla həlledici mərhələdə mübarizə aparıb.

Prinsipial görüş Ş.Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı qrossmeyster üçüncu yerə sahib olub.

Qeyd edək ki, ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri bu gün başa çatır. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

Azvision.az


Teqlər: ŞəhriyarMəmmədyarov  





Xəbər lenti