Goranboyda 15-ə yaxın sürücü məsuliyyətə cəlb edildi

Goranboyda 15-ə yaxın sürücü məsuliyyətə cəlb edildi
  02 May 2021    Oxunub:2394
Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Tədbirlər nəticəsində 15-ə yaxın sürücü məsuliyyətə cəl edilib.

Azvision.az


Teqlər: DİN   Polis   Reyd  





Xəbər lenti