Azərbaycan çempionatında bir dəqiqəlik sükut olacaq

Azərbaycan çempionatında bir dəqiqəlik sükut olacaq
  01 May 2021    Oxunub:3742
Futbol üzrə Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) qərar qəbul edib.

Buna səbəb gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsidir. Nazirin vəfatı ilə əlaqədar Premyer Liqa və I Divizion yarışlarının XXV və XXIV turlarının matçları 1 dəqiqəlik sükutla başlayacaq.

Azvision.az


Teqlər: Futbol   Liqa   Azad-Rəhimov  





Xəbər lenti