Güləşçimiz finalda erməni ilə qarşılaşacaq

Güləşçimiz finalda erməni ilə qarşılaşacaq
  30 Aprel 2021    Oxunub:1199
Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.
Azərbaycan Güləş Federasiyasından Azvision.az - a verilən məlumata görə, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) iki Rusiya güləşçisinə qalib gələrək 1/4 finala yüksəlib. Amma yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan 65 kq-dakı Sabir Cəfərov iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

70 kq-da yarışan Cəbrayıl Hacıyev ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan Hacıyev finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi Rusiyanı təmsil edən erməni idmançı Arsen Balayan olacaq.

57 kq
Təsnifat: Murad Haqverdiyev - Yulian Qriqoryev (Rusiya) 10:0
1/8 final: Murad Haqverdiyev - Yeqor Naxodkin (Rusiya) 8:6
1/4 final: Murad Haqverdiyev - Artyom Qobayev (Rusiya) 2:6

65 kq
1/4 final: Sabir Cəfərov - İqor Upxoyev (Rusiya) 6:1
1/2 final: Sabir Cəfərov - Sayan Jiqzimayev (Rusiya) 7:0
Final: Sabir Cəfərov - Danil Xarçilava (Rusiya)

70 kq
1/8 final: Cəbrayıl Hacıyev - Nurgun Andreyev (Rusiya) 10:1
1/4 final: Cəbrayıl Hacıyev - Ruslan Abiyev (Rusiya) 10:0
1/2 final: Cəbrayıl Hacıyev - Orozobek Toktomambetov (Qırğızıstan) 10:3
Final: Cəbrayıl Hacıyev - Arsen Balayan (Rusiya)

Qeyd edək ki, final qarşılaşmaları mayın 1-də keçiriləcək.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti