Ankara bələdiyyəsi Xocalı soyqırımını tanıdı
Sözügedən qərarda 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırımın unudulmaması, bu insanlığa sığmayan soyqırımın gələcək nəsillərə və bəşəriyyətə çatdırılmalı olduğu qeyd edilmiş və bu acı, vəhşiliklə törədilmiş soyqırımın əbədiləşdirilməsinin vacibliyi vurğulanıb.
Qərarda, həmçinin, Xocalıda ermənilər tərəfindən törədilən bu soyqırımın ermənilər üçün tarixi qara bir ləkə olduğu qeyd edilmiş, bu vəhşiliyin bir nəslin yox edilməsi aktı olduğu vurğulanmış və bu cinayəti törədilənlərin cəzalandırılmasının vacibliyi xüsusi qeyd edilib.