Bu günə qədər "YAŞAT" Fondu 2881 şəhid ailəsini ziyarət edib.
Azvision.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bu gün keçirilən mətbuat konfransında bildirib. Fond rəhbəri qeyd edib ki, bu günə kimi 2700-dən artıq qazi ilə müxtəlif yerlərdə görüş baş tutub, 300-dən artıq yataq xəstəsi olan qazinin mənzilində görüş keçirilib:
Onun sözlərinə görə, "YAŞAT" Fondunun 4 fəaliyyət istiqaməti var: "20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib. Türkiyədən bir qrup həkim gəlmişdi, onlar qazilərlə görüş keçirdi. Həmin qazilər Türkiyəyə müalicəyə göndərilib. İndiyədək 76 qazi Türkiyəyə göndərilib, onlardan 9-u artıq Vətənə dönüb. Hazırda 67 qazinin Türkiyədə müalicəsi davam edir. Eyni zamanda, İsraildən 8 cərrah gəlmişdi, 30-dan artıq qazi əməliyyat olunub. 50-dən artıq qaziyə süni göz, 2 qaziyə buynuz qişası qoyulub".
Azvision.az