Vüsal Kərimli həftəsonu qadağasından danışdı

Vüsal Kərimli həftəsonu qadağasından danışdı
  28 Aprel 2021    Oxunub:1973
Pandemiya dövründə şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi onun fəaliyyətinə ciddi təsir göstərir. Lakin Operativ Qərargaha təklif vermə hüququ bizdə deyil. Ona görə bu haqda bir söz deyə bilmərik.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın normal vaxtlardan əlavə olaraq işləməsi müəyyən saatlarda sıxlıqlar yarada bilər.

"Məsələn, şənbə və bazar günləri ictimai nəqliyyat 20:00-a qədər işləyərsə, o zaman 18:00-20:00 aralığında əhalinin sıxlığı yarana bilər. Ya ictimai nəqliyyat işləməlidir, əhali də rahatlıq olmalıdır, ya da işləməməlidir. Bizim yanaşma belədir".

Qeyd edək ki, Azərbaycanda həftəsonları ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Avtobus   Şənbə   Bazar   BNA  





Xəbər lenti