"Avtobus parkının 46 faizi yenilənib" - Vüsal Kərimli
"Ümumilikdə, 2015-ci ildən bu günə qədər paytaxtda 968 avtobus yenilənib. Bunun 764 ədədi dövlət, 244 ədədi özəl şirkətlər tərəfindən edilib. Avtobus parkının bu günə qədər 46 faizi yenilənib. Onların 74 faizi sıxılmış təbii qazla – STQ (compressed natural gas - CNG) işləyir".
V.Kərimli qeyd edib ki, yeni avtobuslarla gündəlik orta hesabla 630 mindən çox sərnişin daşınır. O əlavə edib ki, 2020-ci ildə metronun bağlanması ilə avtobuslara tələb çoxalıb.
Aytən Zəhra
Azvision.az