Karateçilərimiz Belarusda 22 medal qazanıb

Karateçilərimiz Belarusda 22 medal qazanıb
  26 Aprel 2021    Oxunub:4520
Yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandamız Belarusun paytaxtı Minskdə “Unmei Cup” Beynəlxalq turnirində 22 medal qazanıb.
Azərbaycan Milli Karate Federasiyasından Azvision.az -a bildirilib ki, yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev və böyük məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi ilə Belarusa yollanan karateçilər 9 qızıl, 6 gümüş və 7 bürünc medala sahib olublar. 14-15 yaşlı yeniyetmələrdən Amin Yadigarlı (-52 kq), Əzim Rahib (-70 kq), Aysu Əliyeva (-47 kq), Fidan Rüstəmova (-54 kq), qızlar kumite komandası, eləcə də 16-17 yaşlı gənclər arasında Fərid Savadov (-55 kq), Ramil Baxşəliyev (-61 kq), Vahid Həsənov (-76 kq) və oğlanlar kumite komandası yarışın qalibi olub.

Gümüş medalı 14-15 yaşlı yeniyetmələrdən Nihad Kərimzadə (-70 kq), oğlanlar kumite komandası, 16-17 yaşlı gənclərdən Nicat Kərimli (-61 kq), Xumar Əlibəyova (-53 kq) və Vahid Həsənov (mütləq çəkidə), 18-21 yaşlı gənclərdən isə Hüseyn Hüseynzadə (-84 kq) qazanıb.

14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (-63 kq), Fərid Talıbov (-68 kq), Ramil Bəxşəliyev (mütləq çəkidə), 18-21 yaşlı gənclərdən Renata Ərəbli (-61 kq), Həsənəli Həsənov (kata) və Zəhra Qurbanzadə (kata), böyüklər arasında isə Neda Rezai (kata) bürünc mükafat alıb.

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında birinci olub. Unmei Cup beynəlxalq turniri yeniyetmə və gənclər seçmə komandasının 1 il 3 aylıq fasilədən sonra iştirak etdiyi ilk turnir idi.

Karateçilərimizin növbəti yarışı iyunda Dünya Karate Federasiyasının rəsmi turnirlərindən (WKF) Kiprdə Gənclər liqası turniri olacaq.

Azvision.az


Teqlər: Karate   Medal   Yarış  





Xəbər lenti