Şahmar Ələkbərov küçəsi təmir olunur

Şahmar Ələkbərov küçəsi təmir olunur
  23 Aprel 2021    Oxunub:2786
Azərbaycan vətəndaşlarının rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, bu çərçivədə 2019 və 2020-ci illər ərzində Nərimanov rayonunun yaşayış massivlərinin 20 km-dən artıq daxili küçə və yollarında təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində bu çərçivədə 10.5 km olan 15-dən artıq küçə və yolun təmiri nəzərdə tutulur.

Nərimanov rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Şahmar Ələkbərov küçəsi idi ki, Azərbaycan AAYDA tərəfindən burda əsaslı təmir işləri icra olunur.

Uzunluğu 800 metr təşkil edən küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq 2021-ci ilin İnvestisiya Proqramında təmiri nəzərdə tutulan 15-dən artıq küçədə təmir işlərinin aparılması nəzərdə tutulub. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilib.

Azvision.az



Teqlər: AAYDA   Yol  





Xəbər lenti