Azərbaycan bu il ən çox İtaliyaya məhsul göndərib

Azərbaycan bu il ən çox İtaliyaya məhsul göndərib
  23 Aprel 2021    Oxunub:2172
Cari ilin yanvar-mart aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a bildirilib ki, üç ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixracın dəyəri 1 milyard 469,6 milyon ABŞ dolları, Türkiyəyə 739,3 milyon dollar, Hindistana isə 349,4 milyon dollardır.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 550,2 milyon dollar, Türkiyə ilə 1 milyard 118,2 milyon dollar, Rusiya ilə 585,2 milyon dollar təşkil edib.

Azvision.az


Teqlər: Eksport  





Xəbər lenti