Daha 7 koronavirus xəstəsi saxlanıldı

Daha 7 koronavirus xəstəsi saxlanıldı
  23 Aprel 2021    Oxunub:3529
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 22-də respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - deyə məlumatda bildirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti