Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb
  21 Aprel 2021    Oxunub:1688
Dünya bazarında neftin qiymətində azalma müşahidə olunub.
Azvision.az xəbər verir ki, Şimal dənizində hasil edilən “Brent” neftinin iyun fyuçerslərinin qiyməti 0,72 faiz azalaraq 66,09 ABŞ dolları səviyyəsində qərarlaşıb. WTI neftinin iyun fyuçersləri 0,81 faiz ucuzlaşaraq bir bareli 62,16 dollara satılıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,31 dollar ucuzlaşaraq 65,21 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti