Zelenski Putini Donbasda görüşə çağırdı
"Cənab Putin, mən sizə Donbasın müharibə gedən istənilən nöqtəsində görüşməyi təklif etməyə hazıram", - Zelenski bildirib.
Ukrayna lideri “Normand dördlüyü” həmsədrləri və Üçtərəfli Təmas Qrupundakı təhlükəsizlik görüşlərində atəşkəs mövzusunun müzakirə edildiyini, bölgədəki vəziyyəti maksimum aydın görmək və anlamaq üçün təmas xəttində görüş təklifinin irəli sürüldüyünü xatırladıb.
Zelenski vurğulayıb ki, rəsmi Kiyev Rusiya qoşunlarının Ukrayna sərhədləri ətrafında yerdəyişməsinə görə narahatdır.
Bundan əlavə, Zelenski onu bildirib ki, Kiyevi beynəlxalq tərəfdaşları dəstəkləyirlər və onlar Ukraynanın cənub-şərqindəki vəziyyətə görə Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayırlar.
Azvision.az