ICESCO və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

  17 Aprel 2021    Oxunub : 1923
  ICESCO və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) ilə təşkilat üzrə Azərbaycan Milli Komissiyasının birgə virtual iclasında tərəflər arasında elm, texnologiya və innovasiyalara dair planın icrası və həyata keçiriləcək proqramlar müzakirə edilib.
ICESCO-nun mərkəzi qərargahından Azvision.az -a bildiriblər ki, təşkilatın elm və texnologiyalar şöbəsinin rəhbəri Rəhil Qəmər, şöbənin baş məsləhətçisi Fuad Əl-Ayni, Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə və komissiyanın üzvü Leyla Tağızadənin iştirak etdikləri müzakirələrdə Azərbaycanda mühəndislik üzrə treninqlərin keçirilməsi, tibbi və bioloji avadanlıqların, habelə qabaqcıl diaqnostika aparatlarının istifadəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər bu ilin iyulunda Bakıda treninq proqramının həyata keçirilməsi, o cümlədən gənclər arasında texnologiya və innovasiya sahəsində kiçik sahibkarlığın inkişafı üzrə üçgünlük düşərgənin təşkili barədə təklifləri müzakirə ediblər. Azərbaycanın Kənd Təsərrüfatı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ilə birgə həyata keçiriləcək proqrama, həmçinin gənclərin öz layihələrini təklif edəcəyi altı həftəlik kurslar salınıb.

Azvision.az

Teqlər: ICESCO   Azərbaycan