Karantini pozan müəllim cəzalandırıldı

Karantini pozan müəllim cəzalandırıldı
  17 Aprel 2021    Oxunub:3720
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman, repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin karantin qaydalarını pozması halı aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin şəxsin 22 nəfər şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

V.Abdullayev barədə Siyəzən RPŞ-də qanunamüvafiq tədbir görülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti