Əməkdar mədəniyyət işçisi koronavirusdan vəfat etdi

 Əməkdar mədəniyyət işçisi koronavirusdan vəfat etdi
  15 Aprel 2021    Oxunub:3741
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, Tarix elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Kamil İbrahimov dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bir müddət əvvəl COVID-19 virusuna yoluxan K.İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.

Kamil İbrahimov 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi vəzifəsində işləyib.

K.F.İbrahimov 20 ildən artıq Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak edib. 2001-2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik edib. Bir neçə ali təhsil müəssisələrində dərs deyib. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professoru olub.

9 kitab, 100-dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifi, 12 kitabın elmi redaktoru olub.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Koronavirus   Ölüm  





Xəbər lenti