“Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik” - Prezident

  14 Aprel 2021    Oxunub : 2228
   “Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik” -    Prezident
Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik, icraçılara konkret tapşırıqlar vermişik və qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına nəzarət etmişik.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

Şuşada “Xarıbülbül” festivalı başa çatıb - VİDEO+FOTOLAR (YENİLƏNİB)
Dövlət başçısı bildirib: "Bu gün danışıqlar davam etdi. Biz xarici işlər nazirlərinin, habelə nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə ətraflı söhbət apardıq. Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb. Bu münasibətlərin çox yaxşı tarixi var. Biz qarşılıqlı əlaqələrimizin bütün dövründə həmişə münasibətlərimizin inkişafı ilə bağlı məsələləri həll etmişik. Bizim aramızda heç vaxt həll edilməmiş və ya hansısa operativ müdaxilə tələb edən məsələlər olmayıb. Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik, icraçılara konkret tapşırıqlar vermişik və qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına nəzarət etmişik. Bundan ötrü müntəzəm görüşlər keçirmişik və keçiririk. Mən dəfələrlə Belarusa, Aleksandr Qriqoryeviç isə Azərbaycana səfər edib. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və yenə də belə olacaq. Pandemiya ilə əlaqədar bir qədər fasilə yaranıb, lakin vəziyyət imkan verən kimi biz Aleksandr Qriqoryeviçi salamlamağa çox şadıq və Azərbaycana səfər etməsi barədə dəvətimizi qəbul etdiyi üçün ona təşəkkürümü bildirmək istərdim.

Siyasi baxımdan müntəzəm surətdə həm dövlət başçıları, həm də xarici siyasət idarələrinin başçıları səviyyəsində məsləhətləşmələr aparılır. Biz fəal əməkdaşlıq edirik, beynəlxalq strukturlarda bir-birimizi dəstəkləyirik və gələcəkdə də belə edəcəyik.

Bu gün hökumətlərarası komissiyaların həmsədrləri və nümayəndə heyətlərinin üzvləri görülmüş işlər barədə məruzə etdilər. Nazirlər və nümayəndə heyətlərinin üzvləri dünən görüşüblər. Beləliklə, dünənki gün həm də münasibətlərimizin daha da möhkəmlənməsi məsələlərinə həsr edilib, əmtəə dövriyyəsinin şaxələndirilməsi və artırılması çərçivəsində gələcək əməkdaşlığın konkret istiqamətləri müəyyən edilib. Ötən il əmtəə dövriyyəsi xeyli artıb, lakin bu əsas etibarilə Belarusa xam neftin çatdırılması hesabına mümkün olub".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev