Məhərrəm İncə xəstəxanaya yerləşdirildi

  14 Aprel 2021    Oxunub : 1446
Məhərrəm İncə xəstəxanaya yerləşdirildi
Türkiyənin tanınmış siyasətçisi Məhərrəm İncə xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq “Məmləkət hərəkatı” partiyası yaradan keçmiş millət vəkili bir müddət əvvəl koronavirusa yoluxub.

Evdə karantinə alınaraq təcrid olunan İncənin vəziyyəti ağırlaşıb. Onun müalicəsinin xəstəxanada davam etdirilməsinə qərar verilib.

Azvision.az

Teqlər: Məhərrəmİncə