Saatlı sakinindən iki tüfəng götürülüb - FOTO

Saatlı sakinindən iki tüfəng götürülüb -    FOTO
  14 Aprel 2021    Oxunub:2183
Saatlı sakinindən odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Bəylik kənd sakini Akif Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-18” və “İJ-58” markalı iki ədəd ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti