Tibb Universitetindən yanğınla bağlı AÇIQLAMA

Tibb Universitetindən yanğınla bağlı AÇIQLAMA
  01 Mart 2014    Oxunub:932
Azərbaycan Tibb Universitetinin mətbuat xidməti martın 1-də təhsil ocağının yataqxanasında baş vermiş yanğınla əlaqədar açıqlama yayıb.
AzVision.az xəbər verir ki, mətbuat xidmətinin açıqlamasında yanğının saat 9.55 radələrində Azərbaycan Tibb Universitetinin 5 nömrəli yataqxanasında baş verdiyi bildirilib.

Hadisə xarici tələbələrin yaşadığı yataqxananın 404-cü otağında başlamışdır. Hələlik yanğının səbəbi dəqiqləşdirilməyib. Yanğının elektrik xətlərində qısaqapanma nəticəsində yarandığı güman edilir.

Yanğın zamanı otaqda heç kim olmayıb. Buna görə də hadisə nəticəsində ciddi xəsarət alan olmamışdır. Yalnız yataqxanada olan iki əcnəbi tələbə tüstüdən yüngül zəhərlənib. Halları pisləşən tələbələrə ilkin tibbi yardım göstəriləndən sonra onların vəziyyəti sabitləşib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən qısa müddətdə söndürülüb.

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov hadisə yerində vəziyyətlə tanış olub.

Hadisənin səbəbləri araşdırılır.


Teqlər:  





Xəbər lenti