Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə
  28 Mart 2013    Oxunub:1142
Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış başlayır.
Qurumun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, sınaq imtahanlarına yazılış bu gün saat 9:00-dan etibarən aparılır.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər.

SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək.

Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək, onların 3-ü təkrar, 4-ü isə yeni olacaq.


Teqlər:  





Xəbər lenti