Elmar Məmmədyarov Gürcüstana yola düşdü
Görüşdə 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul olunacaq. Əməkdaşlıq planına uyğun olaraq 3 ölkə tərəfindən hazırlanmış konkret layihələrin həyata keçiriləməsi nəzərdə tutulur.
Bunlar əsasən iqtisadiyyat, energetika, ətraf mühitin qorunması, mədəniyyət, təhsil idman və gənclər kimi sahələri əhatə edir.
Görüşün sonunda üç ölkənin XİN rəhbərləri yekun protokol imzalayacaqlar.