Ötən günün kriminal icmalı

Ötən günün kriminal icmalı
  24 Fevral 2014    Oxunub:1259
Fevralın 23-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 68 cinayət faktından 26-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınmış 7 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 25 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti