“Qalatasaray” Azərbaycanın müraciətinə cavab vermədi

  24 Fevral 2014    Oxunub : 721
“Qalatasaray” Azərbaycanın müraciətinə cavab vermədi
Bir müddət öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün maraqlı aksiyaya start veriblər. Belə ki, qurum katibliyinin əməkdaşları UEFA-ya, habelə “Qalatasaray” və “Çelsi” futbol klublarına müraciət edərək, 2014-cü il fevralın 26-da bu komandaların İstanbulda UEFA Çempionlar Liqası çərçivəsində baş tutacaq oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara lent bağlayaraq, meydançaya çıxmaları təklifini irəli sürüblər.

Eyni zamanda İspaniyanın "Atletiko Madrid" klubu bəyan edib ki, Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün Osasuna və Real Madrid komandaları ilə oyuna qollarına bağladıqları qara sarğı ilə çıxacaqlar. Bundan əlavə klubun legioneri Arda Turan və klubun bir neçə üzvü Xocalı soyqırımını törədənləri qınayan və Dünya üzrə sülhü təbliğ edən video roliklər hazırlayıb. Həmin video klubun saytında yerləşdiriləcək.

Bəs qonşu ölkə, Türkiyənin “Qalatasaray” klubu soyqırımla bağlı bu müraciətə necə cavab verib?

Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud AzVision.az-a açıqlamasında bildirib ki, hələ klub tərəfindən rəsmi cavab alınmayıb: E.Behbud qeyd edib ki, fevralın 7-dən etibarən aparılan bu kampaniya ölkə və əcnəbi medianın diqqətini çəkib və ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən ( yazarlar, idman azarkeşləri, qht nümayəndələri, jurnalistlər və s.) şəxslər Xocalı soyqırımının bu ali idman tədbirində yad edilməsinə dəstəklərini ifadə ediblər.

Onun sözlərinə görə, bu müddət ərzində üzvlərinin sayı 100 minlərlə olan qruplarda Xocalı soyqırımını anma çağırışının təbliğatı aparılıb və minlərlə emailə məktub ünvanlanıb və təşkilatçılar həmçinin Türkiyə Futbol Federasiyasına və Qalatasaray Futbol Klubuna da məktub ünvanlayaraq təkliflərinin nəzərə alınmasını xahiş ediblər.

E.Behbud bildirib ki, təəssüflər olsun sözügedən futbol klubundan bu günədək rəsmi cavab alınmayıb: “Ancaq Türkiyənin müxtəlif idman jurnalistləri və “Qalatasaray” klubunun azarkeşləri təşkilatçılara yazdıqlara cavabda klubun bu təşəbbüsə müsbət reaksiya verəcəyi təqdirdə UEFA-nın Nizamnaməsini pozmuş olacağı və sanksiyalarla üz-üzə qala biləcəyini qeyd ediblər. Bu sanksiyaların bütövlükdə Türkiyə klublarına yönələ biləcəyi də səsələndirilən fikirlər içərisindədir. Futbol oyunlarının keçirilməsi ilə bağlı beynəlxalq norma və qaydaların mövcudluğu faktını etiraf etməklə yanaşı məsələnin siyasi yönünü və türk dünyası ilə bağlılığını nəzərə almamaq da mümkün deyil”.

Sevinc İltifatqızı

Teqlər: