Yeni yazı müsabiqəsi elan olundu

Yeni yazı müsabiqəsi elan olundu
  27 Mart 2013    Oxunub:1223
«Kaspi» qəzeti görkəmli şair Məmməd Arazın bu il keçiriləcək 80 illik yubileyi ərəfəsində yazı müsabiqəsi elan edir
«Kaspi» qəzeti görkəmli şair Məmməd Arazın bu il keçiriləcək 80 illik yubileyi ərəfəsində şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsi elan edib.

Müsabiqəyə təqdim oluna yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə «Kaspi» qəzetində dərc olunacaq, daha sonra isə şairin yubileyi ərəfəsində çıxacaq kitaba daxil ediləcək. Müsabiqəyə, həmçinin şairlə bağlı xatirələr, bu vaxta kimi dərc olunmamış şeirləri də qəbul olunur.

Aprelin 1-dən start götürən müsabiqəyə yazıların qəbulu sentyabrın 1-nə kimi davam edəcək.

Müsabiqədə I yerin sahibinə 2000 manat, II yeri (2 mükafat) tutanların hər birinə 1000 manat, III yer (3 mükafat) qazananların hər birinə isə 500 manat məbləğində pul mükafatları təqdim olunacaq.

Məqalələr «Kaspi» qəzetinin elektron ünvanına göndərilə və ya müəlliflər tərəfindən şəxsən təqdim oluna bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti