“Xocalı soyqırımı parlementdə tanınsın” – Aksiya
Hollandiya Azərbaycan- Türk Mədəniyyət Mərkəzinin prezidenti İlhan Aşkın tədbirdə çıxışında qeyd edib ki, sıyqırımın tanınması üçün əllərindən gələni edirlər: “Bosniya-Hersoqovina, Pakistan, Macarıstan kimi ölkələr bu qətliamı soyqırım kimi tanıyıb. Biz çalışırıq ki, Holandiyada da belə qərar qəbul olunsun. Bu problemin Hollandiya parlamentində müzakirəyə çıxarılması üçün var gücümüzlə çalışırıq. Bu məqsədlə imza kampaniyası keçirməyi planlaşdırırıq”.
Türkiyənin İstanbul şəhərinin Şişli bölgəsində də Xocalı soyqırımına etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Türkiyənin bu qətliamı soyqırım kimi tanımağını tələb edib. Xocalı sıyqırımında qardaşı şəhid olan Etibar Nəcəfov bunları deyib: “Böyük qardaşım kimi minlərlə insan bir gecədə öldürüldü. Qadınların qarınlarından uşaqları çıxarıldı. Biz 100 il əvvəl yox, 20 il əvvəlki hadisələrdən danışırıq”.
Aksiyada əsas tələblərdən biri soyqırımında Türkiyə və Azərbaycan parlamentində tanınması idi.
Fatimə Kərimli
Teqlər: