Görün, xala telefonları harda gizlədib

Görün, xala telefonları harda gizlədib
  27 Mart 2013    Oxunub:1868
Faktla bağlı araşdırma aparılır
Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Qurumdan AzVision.az-a verilən məlumata görə, ötən gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Murad Hamlet oğlu Məmmədovun yanına qisa müddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Elvin Zakir oğlu Tahirovun gətirdiyi sovqata baxış keçirilən zaman kustar üsulla düzəldilmiş 4 litirlik dəmir qabda əridilmiş inək piyinin içərisində yerləşdirilərək gizlədilmiş 2 (iki) ədəd “Nokia” markalı, 1 (bir) ədəd “Alkatel” markalı, 1 (bir) ədəd “Fly” markalı mobil telefon aparatları, 1 (bir) ədəd “Nar” kart və 2 (iki) ədəd mobil telefon aparatları üçün nəzərdə tutulmuş elektrik qidalandırıcılarının başlıqları aşkar edilərək götürülüb.




Teqlər:  





Xəbər lenti