Türkiyədə daha 64 nəfər koronavirusun qurbanı oldu

  06 Mart 2021    Oxunub : 2308
Türkiyədə daha 64 nəfər koronavirusun qurbanı oldu
Türkiyədə son sutka ərzində 64 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 11 770 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 769 230, pandemiya qurbanlarının sayı isə 28 965 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 616 139 pasiyent (son sutkada 7291 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az

Teqlər: Türkiyə   Virus