6 otaqlı evdə yanğın

6 otaqlı evdə yanğın
  24 Fevral 2014    Oxunub:1132
AzVision.az Regional TV-yə istinadən xəbər verir ki, fevralın 22-si, gecə saatlarında Qusar rayonunun Hil kəndində güclü yanğın baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Qəniməmməd Rzayevə məxsus yaşayış evi qəfil alışıb. Alov ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün 10 kv.m sahəsini əhatə edib.

Dərhal hadisə yerinə FHN-nin Qusar DYMH-nin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti