Gəncədə `06` sərnişin avtobusu ilə toqquşdu: 1 ölü

Gəncədə `06` sərnişin avtobusu ilə toqquşdu: 1 ölü
  24 Fevral 2014    Oxunub:1036
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, Ağır yol qəza hadisəsi Gəncənin Məhsəti qəsəbəsi ərazisində baş verib. Belə ki, şəhər sakini 28 yaşlı Elşad Məmmədovun idarə etdiyi VAZ 2106 markalı avotmobillə Vasif Məmmədovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusu toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü Elşad Məmmədov aldığı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cəsədini çıxarıb.

İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub. Faktı Gəncə şəhər Baş Polis İdarəsi araşdırır.


Teqlər:





Xəbər lenti