Ağır yol qəzası sürücünü həyatından etdi

Ağır yol qəzası sürücünü həyatından etdi
  23 Fevral 2014    Oxunub:1317
AzVision.az TTV-yə istinadən xəbər verir ki, Gəncədə ağır yol qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumta görə hadisə bu gün səhər saatlarında şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Şəhər sakini 28 yaşlı Elşad Məmmədova məxsus "VAZ 2106” markalı avotmobillə Vasif Məmmədovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusu toqquşub. Nəticədə “VAZ-2106”-ın sürücüsü 28 yaşlı Elşad Məmmədov hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri təhlükəsizlik qaydalarına uyğun olaraq xüsusi alət və avadanlıqlarla avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı Gəncə şəhər baş polis idarəsində aparşdırma aparılır.Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekispertizanın rəyindən sonra bəlli olacaq.İlkin etimala görə qəzaya yüksək sürət səbəb olub.


Teqlər:





Xəbər lenti