6 nəfər dəm qazından zəhərlənib

6 nəfər dəm qazından zəhərlənib
  23 Fevral 2014    Oxunub:1130
3 qadın və 3 kişi ötən gün gecə saatlarında səssiz ölüm adlandırdığımız dəm qazından zəhərlənib.
Bakıda 6 nəfər dəm qazından zəhərlənib. AzVision.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, 3-ü qadın, 3-ü kişi olmaqla 6 nəfər ötən gün gecə saatlarında dəm qazından zəhərlənib.

Zəhərlənən şəxslərdən 4-nün vəziyyəti ağır olduğu üçün 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Digər zəhərlənən şəxslərə işə yerindəcə tibbi yardım göstərilib. Həkimlər xəstələrin vəziyyətinin normallaşdığını bildirirlər. Stansiyadan bildiriblər ki, ən çox dəm qazından zəhərlənmə halları Suraxanı, Qaradağ və Binəqədi rayonlarının ərazisində qeydə alınıb.

Xatırladaq ki, ötən gün dəm qazından zəhərlənmə nəticəsində Gəncə şəhər sakini Gülgəz Hüseynova dünyasını dəyişib. Bundan başqa, Sumqayıt şəhəri Köhnə Corat qəsəbə sakini Könül Ağayeva, Samux rayon sakini Saləddin Tağıyev dəm qazından zəhərləniblər.


Teqlər:





Xəbər lenti