Koçaryanın tərəfdarları etiraz aksiyası keçirdi

 Koçaryanın tərəfdarları etiraz aksiyası keçirdi
  02 Mart 2021    Oxunub:1730
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarları bu gün İrəvanda ümumi yurisdiksiya məhkəməsinin binası qarşısında etiraz aksiyası keçirib.
Azvision.az xəbər verir ki, onlar prospekti bağlayaraq, "millət-ordu-zəfər" deyə qışqırıblar.

Bu gün 1 mart işi üzrə Koçaryan və digərlərinin məhkəmə iclası keçirilir. Polis etirazçılardan küçəni açmağı tələb edib.

Xatırladaq ki, sabiq prezident 1 mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılmasında, konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti