Ermənilər kabab vədilə Paşinyanın mitinqinə gətirilir
Azvision.az xəbər verir ki, ölkənin aparıcı saytlarında yer alan məlumata əsasən, mitinqdə adam sayının çox olması üçün regionlardan gətirilən kasıb vətəndaşlara pulsuz kabab paylayırlar.
Belə ki, kəndlərin mərkəzində park edilmiş avtobuslarda mitinqə gedəcək şəxslər üçün çoxlu sayda "barbekü" hazırlayan avadanlıqlar gözə dəyib. Yəni belə həvəsləndirici yola da əl atıblar ki, insanlar bunu görüb İrəvana mitinqə getsinlər. Çünki orada məmnuniyyətlə manqalda bişən kababları yeyə biləcəklər. Təbii ki, vətəndaşlara mitinqdən sonra həmin avtobuslarla rahat şəkildə geri qaytaracaqlarına da söz verirlər".
Qeyd edək ki, bu gün İrəvandakı Respublika meydanında baş nazir Nikol Paşinyanın mitinqi keçiriləcək.
Tural Tağıyev
Azvision.az