3300-dən artıq məhkumun cəza müddəti azaldılıb

   3300-dən artıq məhkumun cəza müddəti azaldılıb
  01 Mart 2021    Oxunub:1804
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib.
Azvision.az xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının bu gün keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib. Bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.

Azvision.az


Teqlər: Məhkum   Cəza   Müddət  





Xəbər lenti