Paşinyanın əleyhdarları mərkəzi bələdiyyə binasına soxulublar

Paşinyanın əleyhdarları mərkəzi bələdiyyə binasına soxulublar
  01 Mart 2021    Oxunub:1755
Baş nazir Nikol Paşinyanın əleyhdarları İrəvandakı Kentron prefekturasının binasına soxulublar.
Azvision.az “Sputnik-Ermənistan”a istinadla xəbər verir ki, sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyasının gənclər təşkilatının rəhbəri Ayk Mamicanyan və digər fəallar bələdiyyə rəhbərliyindən işçilərini Paşinyanın mitinqinə göndərməməyi tələb edib.

Onlar işçiləri müxalifət hərəkatına qoşulmağa çağırıblar. Aktivistlər "Satqın Nikol”, "Nikolsuz Ermənistan" və hökumət əleyhinə digər şüarlar səsləndiriblər.

Xatırladaq ki, bundan əvvəl Paşinyanın əleyhdarları İrəvanda hökumət binasına daxil olub, eyni tələbləri səsləndiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti